Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-26 22:00:39
Dünya ölkələrində maraqlı məktəbli formaları - FOTOLAR

Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formadan istifadə olunur. Qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycan Respublikasında qüvvədə olan dövlətlərarası “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı əsasında müəssisələr tərəfindən hazırlanır və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir.

Dünya ölkələrində məktəbli geyimləri bir-birindən fərqlənir.

AzEDU.az ən maraqlı məktəbli formasından istifadə edən ölkələrin siyahısını təqdim edir:

Azərbaycan

Azərbaycanda  dörd modeldə məktəbli forması tikilir. Bunlar ilk 6 siniflərə görə qızlar üçün ağ köynək, dama-dama ətəklər, tünd göy rəngli gödəkçə, oğlanlar üçün ağ köynək, şalvarlar  gödəkçədən ibarətdir. Yuxarı sinif şagirdləri üçün forma- kostyumlar, pencəklər və sarafanlardır.

İngiltərə

İngiltərədə məktəbli forması hamı üçün mütləqdir. Dövlət məktəblərinin əksəriyyətində forma eyni, özəl məktəblərdə isə fərqlidir. Məktəblilərin dəvamiyyətsizliyinə görə valideynlər cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Uşaqlar 5 yaşından etibarən  məktəbə gedir və icbari təhsil 16 yaşa qədər davam edir. Əvvəllər məktəbli formalarında əsgər üslubuna üstünlük verilirdi. Forma mavi rəngli palto üslubunda gödəkçədən ibarət idi. Kral VIII Henri dövründə göy ən ucuz boya idi və uşaqlar arasında təvazökarlığı nümayiş etdirirdi. Bu geyimin təqdim olunduğu ilk məktəb Londonda "İsanın Xəstəxanası" olub. Hazırda bu məktəb Sasseksdə yerləşir.

unnamed.jpg

Kamboca

Kambocada məktəbli formaları məktəbdən və yaş səviyyəsindən asılı olaraq dəyişir. Ümumiyyətlə, oğlanlar ağ köynək və şort geyinir. Şortun rəngi və uzunluğu məktəbdən asılıdır. Qızlar adətən, ağ köynək və yubka geyinir. Ətəklərinin rəngi və uzunluğu məktəb və yaşdan asılı olaraq dəyişir. Bəzi məktəblərdə həm oğlanlar, həm də qızların alternativ formaları da var. Bu, rəngli köynək və şalvardan ibarətdir. Orta məktəblərin qız şagirdləri qara və ya göy uzun yubka, oğlanlar isə qara və ya göy  rəngli şalvar geyinirlər.

unnamed (1).jpg

Çin

Çində bütün orta, eləcə də, bəzi ibtidai məktəblərdə məktəbli forması  tələb olunur. Forma adətən, beş cür olur: iki formal və 3 gündəlik dəst. Hər bir formal dəst yay, qış, bazar ertəsi və ya xüsusi tədbirlərdə geyinilir. Qızlar üçün yay geyimi ağ qısaqol köynək, yubka, qış üçün  sviterdən, oğlanlar üçün isə hər iki fəsil uyğun kostyumdan ibarətdir.

unnamed (2).jpg

Yaponiya

Yaponiyada məktəbli forması ibtidai  və orta məktəblərdə ənənəvi olaraq oğlanlar üçün hərbi üslub və qızlar üçün matros paltarından ibarətdir. Bu forma Meydzi dövrünün rəsmi hərbi paltarlarına  əsaslanır. Oğlanlar üçün geyim ağ köynək, şalvar, qalstuk, pencək və ya sviter jilet, qızlar üçün də ağ kofta nəzərə alınmaqla, pencək, qalstuk, dama-dama yubka və məktəb emblemindən təşkil olunub.

unnamed (3).jpg

Honkonq

Honkonqda məktəbli formaları adətən, katolik  məktəbli formasının ənənələrinə əsaslanır.

unnamed (5).jpg

Rusiya

Sovet dövründə standart "universal" məktəbli forması bütün məktəblərdə istifadə olunurdu və bu hərbi üslubda xatırladan  papaqdan, yaxalıqdan ibarət idi. Oğlanların geyimi çiyni yamaqlı funksional tünd göy rəngdə tikilmişdi. 1994 -2013-ci illərdə  Sovet dövrü zamanı məcburi olan vahid forma ləğv edilmiş və şagirdlər  cins şalvar, qısaqol köynəklər və sviter  geyinməyə başlayıblar. İndi hər bir məktəb öz xüsusi formasını seçə bilər.

unnamed.png

Türkiyə

Türkiyədə məktəbli formalarının uzun tarixi var. Məktəbli forması bütün dövlət və özəl müəssisələrdə istifadə olunur. Bir sıra istisnalar var. Orta və ali məktəblərdə oğlanlar ağ köynək, pencək və qalstuk, tünd boz rəngli şalvar geyinir. İbtidai siniflərdə  mavi forma istifadə olunur. Qızlar oğlanların geyimi rəngdə köynəklər və yubka geyinir, qalstuk taxırlar. Özəl müəssisələrin öz forması var. İbtidai siniflər üçün məktəbli forması 1990-cı  illərə qədər qara idi. Ali təhsil müəssisələrinin isə heç biri geyim formaları olmayıb.

unnamed (13).jpg

unnamed (1).pngunnamed (14).jpgunnamed (12).jpgunnamed (11).jpgunnamed (9).jpgunnamed (8).jpgunnamed (7).jpgunnamed (6).jpgunnamed (4).jpg

Əsmər Qabil