Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-23 16:58:00
Azərbaycanlı alimin məqaləsi nüfuzlu jurnalda yayımlandı

AzEdu.az xəbər verir ki, Əhməd Qəşəmoğlunun məqaləsi İngiltərənin nüfuzlu jurnalında dərc olunub. Bu barədə alim öz şəxsi facebook hesabında məlumat verib.

 

“Mənim indiki dövrdə yer üzünün yeni inkişaf model  ilə bağlı təklif etdiyim  model cox ciddi qarşılandı. Dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış alimlərimiz mənə zəng etdilər və təklifimi təqdir etdilər. Təşəkkür edirəm ki, bir neçə başqa saytlar, xəbər agentlikləri də model haqda məlumatları yaydı. Sizə məlumat vermək istəyirəm ki, İngiltərənin nüfuzlu, ciddi ekspertiza əsasında məqalələr seçən “Archives of Business Research” jurnalı avqust ayında çıxan 8 - ci sayında da bu təklif əsasında hazırladığım məqaləni nəşr edib və arxivləşdirərək elm aləminə yayıb”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları