Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 15:00:00
“Hazırcavablar” intellektual oyununun növbəti qalibi müəyyən olunub

Paytaxt məktəblilərindən ibarət komandalar “Hazırcavablar” intellektual oyununda qarşılaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildiriblər ki, bu qurumun tabeliyindəki 157, 240, 323 nömrəli tam orta məktəblərin və 261 nömrəli məktəb-liseyin şagirdləri “Dil və ədəbiyyat”, “Kimya”, “Məntiq”, “Musiqi” və “Qara qızıl” bölmələri üzrə sualları cavablandırıblar.

İntellektual oyunun nəticələrinə əsasən, 261 nömrəli məktəb-liseyin komandası qalib gəlib.

“Hazırcavablar” intellektual teleoyununun əsas məqsədi məktəblilərin bilik səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəflərindəndir.

“Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTV-nin birgə layihəsidir. İntellektual oyun həftədə bir dəfə AzTV-də yayımlanır.