Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-22 13:14:00
Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfrans keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.

İnstitutdan AzEdu.az-a bildirilib ki, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.

 

Konfransda iştirak etmək istəyənlər məqalələrini sentyabrın 29-dək [email protected]elektron ünvanına göndərməlidir.
Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.
Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;
Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.