Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-21 17:30:00
ADMİU yenidən hazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

ADMİU-da Yenidənhazırlanma təhsilinə sənəd qəbulu ancaq elektron qaydada həyata keçirilir.

 

AzEdu.az  xəbər verir ki, ADMİU 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla yenidən hazırlanma təhsili almaq üçün qəbul elan edir:

 

050109 Musiqi müəllimliyi

050307 Musiqişünaslıq

050117 Təsviri incəsənət müəllimliyi

050809 Turizm bələdçiliyi

050213 Turizm işinin təşkili

050302 Bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist)   

 

 

2020/2021-ci tədris ilindən ADMİU-da Yenidənhazırlanma təhsili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın 3.1.5. bəndi əsasında əyani və distant (məsafədən) formada həyata keçiriləcəkdir.

 

Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar.

 

Təhsil Azərbaycan və rus dillərində aparılır.

 

Sənədlərin qəbulu 2020-ci ilin avqust ayının 22-dən oktyabr ayının 15-dək aparılacaq.

 

Yenidənhazırlanma təhsili almaq istəyənlər aşağıdakı sənədləri elektron formada (pdf formatında) təqdim etməlidirlər:

 

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • 2020-ci ilin məzunları bakalavr səviyyəsinin bitirmə haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript;
  • 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında);
  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd).

 

Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.

 

Ərizə forması

 

Dövlət və özəl ali təhsil (orta ixtisas təhsili) müəssisələrinin məzunları “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə yenidənhazırlanma təhsili ala bilərlər.

 

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların  Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

 

Ünvan:  AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.

  

Tel.   (+994 12) 599 00 54

E –mail: [email protected]