Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-21 16:13:00
BMU əməkdaşlarının məqaləsi İngiltərədə dərc olunub

Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı kafedrasının müdiri i.ü.f.d., dosent Şəhriyar Muxtarov və həmin kafedranın baş müəllimi i.ü.f.d. Altay İsmayilovun həmmüəllifi olduğu məqalə İngiltərənin “International Journal of Sustainable Development & World Ecology” jurnalında (2020-ci ilin 6-cı sayı, 27-ci buraxılışı)  nəşr edilib.

 

AzEdu.az xəbər verir ki, “The FDI-CO2 nexus from the sustainable development perspective: the case of Azerbaijan” adlı məqalədə Azərbaycan iqtisadiyyatı nümunəsində birbaşa xarici investisiyaların  CO2 emmissiyası üzərində təsirləri 1996-2013-cü illərə aid statistik məlumatlardan istifadə edilərək STSM (Struktural zaman seriyalarının modelləşdirilməsi) metodu vasitəsi ilə təhlil edilib. Məqalənin nəticələrinə görə, Azərbaycanda birbaşa xarici investisiyaların CO2 emmissiyasına təsiri 2006-cı ilə qədər müsbət, həmin ildən sonra isə mənfi olub. Araşdırmaya əsasən Azərbaycan nümunəsində  “Ətraf mühit kuznets əyrisi” hipotezinin mövcud olmadığı ortaya çıxıb. Tədqiqatın nəticələri əsasında bir sıra təkliflər də irəli sürülüb.

 

Məqalənin tam mətnini https://www.tandfonline.com/doi/full/10.1080/13504509.2020.1804479 linki vasitəsilə oxumaq olar.

 

Qeyd edək ki, sözügedən jurnal “Web of Science” (impakt faktoru: 2.77) və “Scopus” (impakt faktoru: 4) kimi nüfuzlu məlumat bazalarında indekslənir.