Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-19 17:17:00
Müəllim kitabının gəliri ilə səkkiz kənd məktəbini təmir etdi FOTOLAR  

Türkiyədə fiziki tərbiyə müəllimi Ömər Aslan müəllifi olduğu kitabın satışından əldə etdiyi gəlirlə Van və Muş şəhərlərindəki şagirdlərə daha gözəl təhsil mühiti hazırlamaq üçün səkkiz məktəbin parta və oturacaqlarını mir edib, divarlarını boyayıb.

 

AzEdu.az  xəbər verir ki, Konyalı fiziki tərbiyə müəllimi Ömər Aslan, "Sevgi Əngəl Tanımaz" adlı romanının satışından əldə etdiyi gəliri uşaqlar üçün xərcləməyə qərar verib. Şəxsi avtomobili ilə Vanın Erciş və Muşun Malazgirt bölgələrinə gedən müəllim, aldığı inşaat materialları ilə səkkiz kənddə yerləşən məktəbləri təmir edib divarlarını boyayıb. Məktəblərin xarici divarlarından interyerlərə, masalardan tutmuş şagirdlərin istifadə etdiyi şkaflara qədər bütün hissələrini rəngləyib təmir edən müəllim, valideynlərin və şagirdlərin dəstəyi ilə sinif otaqlarını təhsil,tədris prosesi üçün tam hazır şəkilə gətirib

 

Ömər müəllim bildirib ki, yeni növ koronavirus tədbirləri çərçivəsində təhsilə fasilə verilməsinin ardından məktəbləri ən yaxşı şəkildə hazırlamaq istəyib:

 

"Əlavə dərslərdən qazandığım məvacib və kitab satışından əldə etdiyim gəliri kənd məktəblərinin təmirinə ayırdım. Müəllifi olduğum romanı küçələri,şəhərləri tək-tək gəzərək satdım. Yığdığm pullarla məktəblərin təmirini tamamlamağa çalışdım. Kəndlilər də mənə böyük kömək göstərdilər və indiyə qədər səkkiz məktəbin təmirini tamamladıq. Məktəblər açılan zaman uşaqların daha gigiyenik,daha gözəl və yenilənmiş bir məktəbdə təhsilə başlamağı üçün əlimdən gələni etməyə çalışıram. Bu işi görərək özümü xoşbəxt hiss edirəm."

 

Müəllimə təşəkkür edən Erciş Rayon Təhsil İdarəsinin rəhbəri Sadık İşlər isə uşaqların gələcəyi üçün verilən əməklərin dəyərli olduğunu bildirib:

 

"Əslində Ömər müəllim cəmiyyətimizə örnək olacaq bir layihəyə imza atdı. Bizlərə və bir çox müəllim yoldaşlarımıza ilham qaynağı oldu. Şəxsi avtomobili ilə buralara qədər gəlməsi, məktəblərin çatışmazlıqlarını düzəltməsi təqdirəlayiqdir və böyük səy tələb edir.

 

11-ci sinif şagirdi Aysun Bakir də çox sevindiyini  bildirərək qeyd edib:

 

"Ömər müəllim məktəbimizi təmir etdi və məktəbimiz daha gözəl oldu. Bir həftə məktəbimizin təmiri üçün çalışdı. Məktəbin ətrafını da yenilədi. Bu bizi çox sevindirdi, ona təşəkkür edirik."

 

Ömər müəllim uşaqların daha yaxşı şəraitdə təhsil alması üçün əlindən gələni etməyə davam edəcəyini deyib.