Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-18 17:18:00
Ukraynada “qırmızı” zonaya daxil olan məktəblərdə dərslər onlayn rejimində keçiləcək

Ukraynada epidemioloji vəziyyətə görə “qırmızı” zona regionlarına daxil olan məktəblərdə dərslər onlayn rejimində keçiləcək.

 

AzEdu.az xəbər verir ki, Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bunu konfransda elan edib.

 

V.Lyaşkonun sözlərinə görə, koronavirusun yayılma təhlükəsi baxımından “qırmızı” zona sayılan ərazilərdə çox sərt təhlükəsizlik tədbirləri nəzərdə tutulur. Məktəblilərin tədris müəssisələrinə, o cümlədən məktəbəqədər təlim-tərbiyə müəssisələrinə getməsi qadağan ediləcək.

 

Xatırladaq ki, avqustun 1-dən etibarən Ukrayna hökuməti yeni adaptiv karantin qaydaları tətbiq edib: epidemik vəziyyətdən asılı olaraq regionlar yaşıl, sarı, narıncı və qırmızı zonalara bölünüb.

 

Avqustun 18-inə olan məlumata görə, Ukraynada 94.436 nəfərin COVID-19-a yoluxması faktı, o cümlədən son sutka ərzində 1616 belə hadisə təsdiqlənib. Xəstələrdən 48.925 nəfəri sağalıb, 2116-sı vəfat edib.