Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 18:46:00
BŞTİ: Hibrid təhsilin harada yaxşı tətbiq olunacağını bilməliyik

"Yoluxma faizi uşaqlarda az olmasına baxmayaraq, onlar eyni zamanda daşıyıcı rol oynayırlar”.

 

AzEdu.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib.

 

Onun sözlərinə görə, Bakıda 350, ökə üzrə 4500-dən çox məktəb var: “Elə yerlər var ki, orada yoluxma çox azdır. Ölkə iki hissəyə - “sarı” və “narıncı” zonaya bölünərək, təkliflər verə bilmərik. Bu təkliflər ölkə üzrədir. Bu gün təhsil sistemi açıla bilməz deyə, bir yanaşma var. Bu sözləri deyəndə, qərar verəndə, təkcə sıxlıq olan yerləri deyil, ölkəni nəzərə almalıyıq. Bilməliyik ki, hibrid təhsil sistemi harada yaxşı tətbiq oluna biləcək”.

 

 APA