Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 16:31:00
ADNSU-nun startapı beynəlxalq sərgidə təqdim edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazy Start” Startap və İnnovasiya Mərkəzinin “Healwith” startapı İnnovasiyalar Agentliyinin təşəbbüsü ilə İran İslam Respublikasında keçirilən “INOTEX 2020” IX Beynəlxalq İnnovasiya və Texnologiya Sərgisində onlayn təqdim edilib.

 

AzEdu.az xəbər verir ki, universitetdən verilən məlumata görə, “Healwith” layihəsinin təmsilçiləri sərgi zamanı bir sıra investorlarla görüşüb və əməkdaşlığa marağı olan şirkətlərlə danışıqlar aparıblar.