Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 14:33:00
Magistr köçürülərkən qəbul imtahanında topladığı bal seçdiyi ixtisas üzrə keçid balından aşağı olmamalıdır

Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, magistratura səviyyəsində təhsilalanların köçürülməsi zamanı tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmamalıdır.

 

Xatırladaq ki, avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start verilib. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.