Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 09:42:00
Magistraturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.

AzEdu.az xəbər verir ki,  Azərbaycan Universiteti magistratura pilləsinə aşağıdakı ixtisaslar üzrə qəbul elan edir.

* Filologiya - Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) 

* Filologiya - Azərbaycan dili

* Filologiya - Azərbaycan ədəbiyyatı

* Filologiya - Dilşünaslıq (İngilis dili)

* Tarix - Azərbaycanın yeni və ən yeni tarixi

* Kompüter elmləri - İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı

* Sosial iş - Həyat fəaliyyətinin müxtəlif sahələrində Sosial iş

* Sosial iş - Gənclərlə iş

* MBA - Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə)

* MBA - Biznesin təşkili və idarə edilməsi (marketinq sahəsi üzrə)

* MBA - Biznesin təşkili və idarə edilməsi (vergi üzrə)

* MBA - Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə)

MBA xaricində bütün ixtisaslaşmalara dövlət sifarişi ilə (pulsuz) qəbul aparılır.

MBA proqramına qəbul rus bölməsi ilə birgə aparılır və tədris ingilis dilindədir.

Ödənişli əsaslarla qəbul olan tələbələr üçün Universitetin öz büdcəsindən maliyyələşən daxili təqaüd proqramı tətbiq olunur. Orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A olan tələbələr üçün aylıq 100 manat məbləğində təqaüd təyin olunur.

Tələbələrə Erasmus+, Mövlanə və DAAD proqramları vasitəsilə xaricdə təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır. Avropa və Türkiyənin tərəfdaş universitetlərində bir yaxud iki semestr ərzində əldə olunan kreditlər Azərbaycan Universitetinə transfer olunur.

Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Tel.: (+99412) 431 41 12/13/16/17 (133), 055 220 40 58

Sayt: www.au.edu.az E-poçt: [email protected]

Rəsmi facebook səhifəsi: www.facebookcom/AzerbaycanUnv