Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 10:52:00
Yeni tədris ili ilə bağlı təkliflər,MİQ və qəbul imtahanları-Təhsil icmalı

AzEdu.az  ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə - 10-16 avqust tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi bu tarixdə keçiriləcək

 

 

I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.

 

 

20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

 

 

Avqustun 12-dən “Virtual məktəb”də müəllimlər üçün kurikulum üzrə növbəti sınaq imtahanına start verilib

 

 

Sınaq imtahanlarının keçid linkləri qeyd olunan tarixdən etibarən 10 gün müddətində “Virtual məktəb”in müəllim region qruplarında aktiv olacaq.

 

 

Müəllimlər 18-20 avqustda bu fənlər üzrə testdən keçəcəklər

 

 

Təhsil Nazirliyindən verilən məlumata görə 18-20 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

 

 

Həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, Rus  dili və ədəbiyyat, Musiqi və Təsviri incəsənət fənləri üzrə test imtahanı keçiriləcək. Digər fənlər üzrə imtahan məlumatları növbəti günlərdə hissə-hissə mütəmadi olaraq şəxsi səhifələrə göndəriləcək.

 

 

Bu şəxslərin qəbul imtahanında iştirakına icazə verildi

 

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən, lakin hər hansı səbəbdən qəbul imtahanlarının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin imtahanın II mərhələsində iştirak etmələrinə icazə verilib.

 

 

Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib

 

 

Məktəblərə tədrisin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən heç bir təlimat verilməyib.

 

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

 

Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq

 

 

 Azərbaycanda kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif qapılardan daxil olmasının təmin edilməsi üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilə bilər.

 

 

Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı təkliflər verib

 

 

Azərbaycan Respublikası Təhsil İnstitutu COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.

 

 

Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur

 

 

Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, bu təhsil pilləsində tədris prosesinin distant formada davam etdirilməsi təklif olunur.

 

 

Yeni tədris ili 1 milyon 969 mindən çox təhsilalanı əhatə edəcək

 

 

 

"Yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı qərar 4,642 təhsil müəssisəsi, 1 969 673 təhsilalan və 163,218 təhsilverəni əhatə edəcək”.

 

 

Bu barədə Təhsil İnstitutunun COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrində yer alıb.

 

 

Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir

 

 

Təhsil İnstitutu uşaqların qidalanması və eyni otaqda yatmasının böyük yoluxma riski yaratmasını nəzərə alaraq, uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpasını məqsədəuyğun hesab edir.

 

 

 

Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır

 

 

COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir.

 

 

Nazirdən  yeni tədris ili ilə bağlı  təkliflərə münasibət

 

 

COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

 

 

Bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

 

 

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

 

 

Tələbələrin köçürülməsinə başlanılır

 

 

Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.

 

 

DİM 21 avqustda imtahan verəcək şəxslərə müraciət etdi

 

 

Abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 

 

Operativ Qərargah:Təhsil müəssisələri ilə əlaqədar konkret vaxt yoxdur

 

 

“Təhsil müəssisələrinin açılması ilə bağlı konkret vaxt yoxdur”.

 

 

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

 

 

Hikmət Hacıyev: "Məktəblərlə bağlı yekdil qərar barədə danışmaq hələ çox tezdir"

 

 

“Təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir".

 

 

Bunu  Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları