Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-16 17:00:00
AzTU-da ikinci ali təhsil üzrə  qəbul davam edir  

Azərbaycan Texniki Universitetində 2020-2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ikinci təhsil almaq üçün qəbul davam edir

 Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi

 

Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi

 

Nəqliyyat servisi (Avtomobil nəqliyyatı üzrə)

 

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi

 

Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

 

Elektrik mühəndisliyi

 

Elektroenergetika mühəndisliyi

 

İstilik energetikası mühəndisliyi

 

Enerji maşınqayırması mühəndisliyi

 

Biotibbi texnologiya mühəndisliyi

 

Proseslərin avtomatlaşdırılması mühəndisliyi

 

Ekologiya mühəndisliyi

 

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi

 

Dağ-mədən mühəndisliyi

 

Metallurgiya mühəndisliyi

 

Materialşünaslıq mühəndisliyi

 

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

 

Poliqrafiya mühəndisliyi

 

Cihazqayırma mühəndisliyi

 

Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi

 

Maşın mühəndisliyi

 

Mexanika mühəndisliyi

 

Mexotronika və robototexnika mühəndisliyi

 

Kompüter mühəndisliyi

 

Kompüter elmləri

 

İnformasiya texnologiyaları

 

Sistem mühəndisliyi

 

Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi

 

İnformasiya təhlükəsizliyi

 

Sənayenin təşkili və idarə olunması

 

Menecment

 

Hər bir ali təhsilli vətəndaş ikinci ali ixtisas təhsili ala bilər. Əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər müvafiq qaydaya əsasən müsabiqədə iştirak edə bilər. 1993–cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindəın tanındıqdan sonra universitetdə əlavə ixtisas təhsili almaq üçün müsabiqədə iştirak edə bilər.

 

İkinci ali təhsil almaq istəyənlər Azərbaycan Texniki Universitetinin rəsmi saytının “Təhsil” bölməsində qeydiyyatdan keçə bilər.

 

İkinci ali təhsil Azərbaycan dilində aparılır, ödənişlidir.

 

Təhsil haqqı ayrı-ayrı ixtisaslara uyğun müqavilə əsasında ödənilir .

 

Sənədlər avqust ayının  31- dək qəbul olunur