Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-16 16:14:00
Azərbaycan Texniki Universiteti “Bestcomp Group” şirkəti ilə əməkdaşlıq edir

Azərbaycan Texniki Universiteti (AzTU) “Bestcomp Group” şirkəti ilə əməkdaşlıq edir.

 

AzTU-dan AzEdu.az-a verilən məlumata görə, elmi-innovativ əməkdaşlığın inkişaf etdirilməsinə, tələbələrin təcrübə proqramlarına, biznes layihələrin hazırlanmasına “Bestcomp Group” dəstək verir. Şirkət biznes proseslərin avtomatlaşdırılması, şəbəkə həlləri, təhlükəsizlik infrastrukturunun qurulması, kəsintisiz enerji təminatı və soyutma sistemləri, şəbəkə kabel sistemləri, biznesin davamlılığının planlaşdırılması üzrə məhsul və xidmətlər təklif edir.