Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 17:16:00
Bu  ölkələrdəki  məktəblərdə hicab qadağandır

 

Bir sıra Avropa ölkələrində illərdir, tətbiq edilən çarşab və hicab qadağası Danimarkada da təsdiqləndi.

Qadağaya əməl etməyənlər üçün cərimələr tətbiq ediləcək. Almaniya, Estoniya, İsveçrə, Litva və Norveçdə məktəblərdə hicab mübahisəli mövzudur. İspaniyanın Kataloniya bölgəsində tətbiq olunan məktəblərdə örtük qadağası isə məhkəmə tərəfindən ləğv olunub. 

Çadranı qadağan edən ilk Aropa ölkəsi Fransa olub. Qədağa 2011-ci ildən tətbiq olunur.  Fransa məktəblərində isə bu qadağa hələ 2004-cü ildən hökm sürür. Fransa məktəblərində bu geyimlərdən istifadə edən qadınların sayının 2 000-ə qədər olduğu təxmin edilir.

Eyni qadağa 2011-ci ilin avqustundan etibarən, Belçikada da tətbiq olunur.  Qanunu pozanlar isə kiçik cərimə və ya 7 gün həbs ilə cəzalandırılır.  Milyon nəfər müsəlmanın yaşadığı Beçikada bu geyimdən yararlananların sayı 300-ə qədərdir.

Hollandiya parlamenti 2016-cı ildə hicabı qadağan edib. Amma çarşab geymək yalnız rəsmi dairələrdə, xəstəxana və məktəblərdə yasaqlandı. Qaydaya əməl etməyənləri isə 400 avro pul cəzası gözləyir. Qadağan olunan geyimlərdən istifadə edən qadınları sayı isə 100-ə qədərdir.

Bolqarıstanda bu qadağa 2006-cı ildən qüvvədədir. Örtünməyin cəriməsi 750 avrodur.  Amma idman zalları, xüsusi ofislər və xəstəxanalarda bu hal istisnadır.

Danimarka parlamenti 75% səslə dövlət müəssisələri, eləcə də məktəblərdə çarşab örtməyin qadağan olması ilə bağlı qərar qəbul edib. Qanun avqust ayından tətbiq ediləcək. Qanuna əməl etməyənlər isə 135 avro ilə cərimələnəcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları