Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 15:59:00
Yalnız ixtisası bilməklə şagirdləri hərtərəfli inkişaf etdirmək olmaz-MİQ-də yüksən nəticə göstərən müəllim  

“Hər  müdavim imtahana yaxşı hazırlaşsa, uğur qazana bilər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında müəllimlərin işə qəbulu imtahanında fizika fənni üzrə yüksək nəticə göstərən, Bakı şəhər sakini Ayşən Quliyeva deyib.

 

 

O, 57 bal toplayaraq, vakant yer seçimində iştirak etmək hüququ qazanıb.

 

 

Gəlin, həmsöhbətimizi daha yaxından tanıyaq:

 

 

“2014-2018-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsini bitirmişəm. İlk dəfə 2018-ci ilə MİQ müsabiqəsində iştirak edərək, 53 bal topladım. Çox təəssüf olsun ki, həmin il daimiləşə bilmədim. 218 nömrəli məktəbdə müddətli müqavilə ilə 1 il fəaliyyət göstərdim. İkinci dəfə bu il müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 57 bal topladım”.

 

 

Müəllim namizəd bu il MİQ-də baş tutan yeniliklərdən söz açıb:

 

 

“Bu il MİQ-də bir sıra yeniliklər var idi. Onlara məntiqin çıxarılması və metodika suallarının  artırılması daxil idi. Məncə hər müəllim metodikanı bilməlidi. Yalnız ixtisası bilməklə şagirdləri hərtərəfli inkişaf etdirmək mümkün deyil.

 

 

İlk dəfə suallara baxmaq imkanı yaradıldı,amma təəssüflər olsun ki, mən bu imkandan yararlana bilmədim. Suallarımı təsdiqlədikdən sonra imtahan zalını tərk etdim. Bunu etmədiyimə görə çox təəssüf hissi keçirirəm.

 

 

Suallar müxtəlif səviyyələr üzrə düşmüşdü. İstər ixtisas, istər metodikaya uyğun hər səviyyədə suallar var idi. Onlar asan, orta asan və çətin olmaqla tərtib edilmişdi. Demək olmaz ki, sualların hamısı asan və çətin idi. Hər səviyyədən suallara rast gəlmək olardı. Düşünürəm ki, hər müdavim yaxşı  hazırlaşsa, imtahanda uğur qazana bilər”.

 

 

Ayşən Quliyeva pandemiya ilə əlaqədar imtahanda bütün qaydalara əməl olunduğundan da  söz açıb:

 

 

“Bütün sanitar-epidemioloji qaydalara cidd şəkildə əməl olunurdu. İmtahan verdiyim 220 nömrəli məktəbə yaxınlaşanda nəzarətçilərin sosial məsafəni qoruduqlarını müşayət etdim. Hamı hissəli şəkildə imtahan zalına daxil oldu. İmtahan zamanı da sosial məsafə qorunurdu. Nəzarətçilər əlimizi dizinfeksiya edərək bədən hərarətimizi ölçürdülər. Qorunma tədbirləri çox yüksək səviyyədə idi”.

 

 

Gənc müəllim namizədin gələcəklə bağlı bir sıra hədəfləri var:

 

 

“Bakı şəhərində yaşadığm üçün vakant yer seçimində buranı əsas götürməyi düşünürəm. Müəllim hər zaman dövrün tələblərinə uyğun olaraq ixtisasını bilməlidi. Onun öz metodikası olmalı, şagirdlərlə ünsiyyət qurmağı bacarmalıdır. Bunlar hamısı bir arada olarsa, həmin şəxs şagirdlər tərəfindən sevilən müəllim ola bilər”.

 

 

Biz də bütün müəllim namizədlərə uğurlar arzulayırıq!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları