Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 15:44:00
Jane Elliott – Bölünmüş sinif təcrübəsi

İnsan psixologiyasını başa düşmək, insanların ən çox maraq göstərdiyi mövzulardan biridir. Tarixən də insan psixologiyasını başa düşmək üçün bir çox təcrübə keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlardan biri də, Jane Elliott adlı müəllimin keçirdiyi “Bölünmüş sinif” adlı təcrübədir.

 

Sadəcə bəyaz insanların yaşadığı bir qəsəbədə 3-cü sinif şagirdlərinə müəllimlik edən, Jane Elliotun təcrübəsi irqçiliklə bağlıdır. Dr. Martin Luther Kingin 1968-ci ildə öldürülməsi bu təcrübənin yaranmasına səbəb olmuşdur. Televizorlarda Martin Luther-in suiqəsd xəbərini görən Elliot, həyatında heç zənci görməyən şagirdlərinə irqçiliyi necə izah edəcəyini düşünür.

 

Bir müddət düşündükdən sonra ağlına oxuduğu “Mila 18” romanı gəlir. Roman Nasist almaniyasının tətbiq etdiyi bir sistemdən bəhs edirdi. Almanlar məhkumlardan hansınlarını öldürmək lazım olduğunu onların göz rənglərinə baxaraq qərar verirdi. Gözləri mavi rəngdə olanlar saf və üstün irq, qəhvəyi olanlar isə pis və yox edilməsi lazım olan bir irq kimi düşünülürdü.

 

Növbəti gün müəllim dərsə gələrək sinifdəki uşaqları göz rənglərinə görə böldü. Müəllim mavi gözlü uşaqlara onların daha üstün və ağıllı olduğunu deyərək ayırıb ön sıralarda otuzdurdu. Bir müddət sonra mavi gözlü və ayrılmış uşaqlar digər uşaqlara pis davranmağa başladı. Daha ağıllı olduqları deyildiyi üçün dərslərində daha yaxşı nəticələr göstərməyə başladılar.

 

Qəhvəyi gözlü olanlarda isə bu prosesin tamamilə əksi gedirdi. Uşaqlar dərslərində zəifləməyə başladı. Daha az xoşbəxt olurdular. Əvvəlki kimi rahat deyildilər.

 

Bir müddət sonra isə müəllim sinifdəki uşaqları yenidən böldü və bu dəfə qəhvəyi gözləri olanlara üstün olduqlarını dedi. Eyni şey qəhvəyi gözlülərdə də baş verdi. Dərslərində uğurlu olmağa başladılar, xoşbəxt oldular, amma mavi rəngli olan dostlarına qarşı zorakılıq etmədilər, çünki eyni şeyi onlar da yaşamışdı və bunun necə bir hiss olduğunu bilirdilər.

 

Bu təcrübədən sonra müəllim uşaqlara hər şeyin bir test olduğunu dedi. Uşaqlara göz və
ya dəri rənginin onların xarakterlərinə və zəkalarına təsir etmədiyini izah etdi. Müəllimin izahından sonra uşaqlar bir-birləri ilə qucaqlaşdılar.

 

Bu təcrübənin ardınca Jane Elliot, bir çox qəzet və televizorlara çıxdı. Ömrünü bu təcrübəyə həsr etdi və işlədiyi məktəbə 1 milyon dollar fond yatırılmasına səbəb oldu.(Bildirchin.az)