Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 14:44:00
“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti AzTU-da

“İDRAK Texnoloji Transfer” şirkətinin prezidenti Hikmət Abdullayev Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüb. Universitetdən bildirilib ki, rektor AzTU-da aparılan elmi-tədqiqatlar, professor-müəllim heyətinin və tələbələrin hazırladıqları texnoloji həllər, onların sənayedə tətbiqi barədə qonağa ətraflı məlumat verib.

 

AzEdu.az xəbər verir ki, görüşdə  bildirib ki, belə layihələrin əmək bazarına transferi üçün universitet-sənaye iş birliyinin inkişafı prioritet vəzifələrdəndir.

 

Hikmət Abdullayev də rəhbərlik etdiyi şirkətin AzTU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

 

Daha sonra universitet tədqiqatçılarının hazırladıqları layihələrə baxış keçirilib.

 

Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “İDRAK Texnoloji Transfer” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.