Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 13:49:00
IV qrup üzrə bu şəxslər ixtisas seçimində iştirak edəcəklər

IV ixtisas qrupu üzrə müsabiqəyə  (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

AzEdu.az xəbər verir ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:
✔ Ekologiya.
- Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də
ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın  ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:
✔Bağçılıq və tərəvəzçilik;
✔Baytarlıq təbabəti;
✔Bitki mühafizəsi;
✔ Su bioehtiyatları və akvakultura.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları