Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 11:26:00
TƏBİB: Açılmalara gedəndə yoluxmada artmalar ola bilər

“Vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir”.


AzEdu.az-ın
məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.


O bildirib ki, amma buna hazırlıqlı olmalıyıq: “Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.