Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 10:59:00
Həbib Müntəzirin 1 milyonluq dezosu

Meydan TV-nin əməkdaşı Həbib Müntəzir yenə öz ampulasında çıxış edərək dezolamağa başlayıb.

 

 

Sözlərinə görə, guya, Təhsil Nazirliyinin Aparatı üçün mebel avadanlıqlarının və müxtəlif jalüzlərin alınması ilə bağlı elan edilmiş tenderdə qalib şirkətə 1 milyon 610,9 min manat ödəniləcək.

AAFC1EB1-673B-4948-A238-EA651DDE2611.jpg

 

 

Halbuki, Həbib müəllimin yazdığı məlumat yenə əsassızdır. Təhsil Nazirliyi tərəfindən elan olunmuş tenderlə bağlı 1 milyon deyil, 16109.04 AZN məbləğində ödəniş ödənilib.

 

 

Müvafiq məlumat aşağıda da qeyd olunub və bu linkə daxil olaraq da özünüz tanış ola bilərsiniz: https://etender.gov.az/media/contracts-register

 

7A91A5AB-C5FB-44F5-9251-EFF281352628.jpg

 

 

Görünən odur ki, Həbib Müntəzir yenə yazdığı məlumatları tam dəqiqliklə araşdırmadan, sağlam düşüncədən çıxış etməyərək, yenə kimisə hədəfə çevirmək niyyəti və hər kəsin diqqətini çəkmək istəyi ilə status “partlatmaq” istəyib. Amma bu dəfə alınmadı, çox təəssüf. Faktlar Həbib Müntəzirin hər kəlməsinin doğruluğunu şübhə altına almış oldu bir daha.