Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-15 10:44:00
Məntiqin çıxarılması bizə fərq yaratmadı-MİQ-də yüksək nəticə göstərən müəllim

“Məntiq sualları riyaziyyat və fizika müəllimləri üçün çətin olmadığına görə imtahanda fərq yaşamadıq”.


Bu sözləri AzEdu.az-a açıqlamasında bu gün keçirilən müəllimlərin işə qəbulu imtahanında Fizika fənni üzrə yüksək nəticə toplayan, Ağstafa rayon sakini Leyla Zeynalova deyib.


O, 53 bal toplayaraq vakansiya seçimində iştirak etmək hüququ qazanıb.


Müsahibimiz MİQ müsabiqəsində ilk dəfə iştirak etmir. O, 2019-cu ildə müəllimlərin işə qəbulu imtahanında 42 bal toplayıb. Lakin nəticəsi az olduğu üçün vakansiya seçimində iştirak etməyib.


Gəlin,müəllim namizədi yaxından tanıyaq:


“1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışam. 2004 cü ildən Qazax Dövlət Sosial İqtisas kollecində fizika müəllimi kimi çalışıram”.


Leyla Zeynalova MİQ-də olan yeniliklərdən söz açıb.


“Bu il MİQ-də bir sıra yeniliklər əksini tapmışdı. Kurikumla bağlı nəzəriyyələr suallarda üstünlük təşkil edirdi. Bunların uşaqların inkişafi üçün əlverişli olduğunu düşünürəm. Məntiq sualları riyaziyyat və fizika müəllimləri üçün çətin olmur. Ona görə də bu bizim üçün elə də fərq yaratmadı. Lakin kurikulum bizim kollecimimizdə tədris olunduğu üçün mən geniş şəkildə hazırlaşmışdım”.


Müəllim namizəd sualların çətinlik səviyyəsindən danışıb.


“Fizikanı bilən müəllim üçün suallar normal idi. 1 ixtisas səhvim oldu. Səhvlərimizi görmək üçün bizə 10 dəqiqə vaxt ayrıldı. Bu çox effektiv qərar idi. Biz səhv suallarla tanış olaraq, bilmədiklərimizi öyrəndik”.


Müsahibimiz imtahan zamanı bütün sanitar-epidemioloji qaydalara tam riayət olunduğunu deyib.


“Uyğun vakant yerlərə seçim etməyi düşünürəm. Yəqin ki, bu rayonumuzda olacaq”.


Müsahibimiz gələcək məqsədindən də danışıb.


“Məqsədim orta məktəbdə uşaqlara fizikanı əzbər deyil,təbiət fənni kimi onların başa düşəcəyi şəkildə tədris edə bilməkdir. İnşallah bu yolda hər şey uğurlu alınar”.


Qeyd edək ki, 14 avqustdan etibarən MİQ müsabiqəsinin test imtahan mərhələsinə start verilib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları