Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 16:29:00
ABŞ məktəblərində marixuanadan istifadəyə icazə verildi

ABŞ-ın Kolorado ştatının hakimiyyəti məktəblərdə çalışan tibb işçilərinə müalicə məqsədləri üçün şagirdlərə marixuana verməyə icazə verib. Lakin bu, yalnız həkimin göstərişi və valideynlərin yazılı icazəsi əsasında həyata keçirilməlidir. Marixuananı da tibb işçilərinə məhz valideynlər özləri təqdim etməlidir.

AzEdu.az Virtualaz.org-a  istinadən xəbər verir ki, bu tədbirlər məktəblilər arasında narkotikdən istifadənin qarşısını ala bilər.

Aprel ayında senator Çak Şumer marixuananın federal səviyyədə dekriminallaşdırılmasını təklif edib. Bu məqsədlə o, parlamentə yeni qanun layihəsi təqdim etmək niyyətindədir.

2014-cü ildə Kolorado ştatı marixuananın becərilməsi, satışı və istifadəsinə icazə verən ilk Amerika bölgəsi olub. Qeyd edək ki, bu ştatda marixuanadan tibbi göstəriş olmadıqda belə istifadə etmək mümkündür. Hazırda bu cür qanun daha 7 ABŞ ştatında qüvvədədir. Bunlar Alyaska, Kaliforniya, Vaşinqton, Nevada, Oreqon, Men və Massaçusetsdir.