Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 15:45:00
İsveçdə təhsil almaq istəyənlərin ən çox verdiyi suallar – Cavablar AzEdu.az-da

Son illərdə tələbələrin İsveçdə təhsil almağa  olan marağı  artmaqdadır. Yaxşı attestat qiymətləri, SAT və İELTS olan tələbələrin isə təqaüdalma şansı daha çoxdur. Normalda təqaüd  üçün qeydiyyat  yanvarda  bitir. Dərslər avqustda başlayır. Ona görə də bu ölkədə təhsil almaq  üçün mümükün qədər  tez müraciət etmək lazımdır.

AzEdu.az İsveçdə təhsil almaq istəyənlərin ən çox maraqlandığı  suallara cavabı  təqdim edir. Sualları Celt Colleges Xaricdə Təhsil Mərkəzinin əməkdaşları cavablandırır:

SUAL: İsveçde bakalavr 3, yoxsa 4 il davam edir?  Orada da Almaniyadakı kimi ingiliscə ödənişsiz fakültə tapmaq mümkündür?

CAVAB: İsveçdə bakalavr təhsili almaq üçün Azərbaycanda attestatınız olmalıdır. Bakalavr təhsilinin müddəti  3 ildir. Avropa vətəndaşı olmayanlar  üçün təhsil ödənişli əsaslarladır. Ama təqaüd proqramları da var. IELTS və nəticələriniz yaxşıdırsa, təqaüd ala bilərsiniz.

SUAL:İsveçin Lund Universitetində İqtisadiyyat fakültəsində təhsil almaq olar? Bunun üçün hansı imtahanlar lazımdır və təhsilhaqqı nə qədərdir?

CAVAB: Bakalavr  təhsilinin müddəti 3 ildir. IELTS imtahanı və ya digər ingilis dili sertifikatınız olmalıdır. Təhsil haqqı isə 8300-11500 avrodur.

SUAL: İsveçdə təhsilhaqqı və yaşam xərcləri bizim valyuta ilə nə qədərdir?

CAVAB: İsveçdə təhsi haqqı illik 10-15 000 avrodur. Aylıq yaşam xərci isə 1000 avro civarındadır.

SUAL:İsveçdə bakalavr pilləsi üzrə təhsil almaq üçün nə etmək lazımdır? 1 il bakalavr təhsili ilə İsveçin dövlət universitetlərinə müraciət edə bilərəm? Qəbul şərtləri necədir?

CAVAB: İsveçdə təhsil alamaq üçün attestatınız olmalıdır. Yəni, məktəbi bitirməlisiniz. İELTS lazımdır. Bir il bakalvr təhsili ilə orada  oxumaq  istəyirsinizsə, ixtisasınız eyni olmalıdır. Bir il ilə Böyük Britaniyada  da oxuya bilərsiniz. İsveç Avropa vətəndaşı olmayanlara yalnız ödənişli təhsil verir.

SUAL: Mən orta məktəbi Azərbaycanda bitirib İsveçdə bakalavr təhsili ala bilərəm?

CAVAB: Bəli. Attestatınız varsa, İsveçdə təhsil ala bilərsiniz. 11-ci sinfi bitirən kimi təhsil ala biləcəyiniz digər ölkələr bunlardır: ABŞ, Kanada, Hollandiya, Macarıstan, Polşa və Pribaltika ölkələri.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları