Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 14:41:00
İlin son sınaq imtahanları başa çatdı

DİM sınaq imtahanı və rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub.

Bu gün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün Bakı, Sumqayıt, Abşeron, Mingəçevir, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində, ümumilikdə 26 binada sınaq imtahanları keçirilib.

DİM bu gün, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsinin abituriyentləri üçün Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 binada “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanmış və imtahan prosesinin gedişinə nəzarət olunmuşdur.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində zəruri şərait yaradılmışdır.

İyunun 11-dən başlayaraq imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.