Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 09:26:00
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir.

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu davam edir.

 

Ümumi və ya tam orta təhsil bazasını bitirən və peşə təhsili almaq istəyən şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, tələbə qəbulunun ilk 3 günü ərzində 4407 şəxs elektron platformada hesab açıb, 2665 şəxs isə tam olaraq qeydiyyatını yekunlaşdırıb. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə 18260 yer ayrılıb. Onlardan 11040-ı dövlət vəsaiti hesablı, 7220-si ödənişlidir.

 

AzEdu.az-ın məlumatına görə, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

 

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesin çərçivəsində ikili proqramlar tətbiq olunur ki, bu da öz növbəsində tədris prosesinin işəgötürənlərlə birgə təşkilini nəzərdə tutur.

 

Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş Peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

 

Qeydiyyat təlimatına keçid: https://bit.ly/2CmYdCk

Qəbul planı (ixtisaslar və müəssisələr): https://bit.ly/3fVrYbh