Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-14 16:25:00
Namizədlər müəllim olmaq üçün hansı mərhələlərdən keçməlidir? - VİDEO

Avqustun 14-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

 

AzEdu.az xəbər verir ki, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb.

 

Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək.

 

Təhsil Nazirliyi tərəfindən hazırlanmış müsabiqədə iştirak, keçirilməsi qaydası barədə animasiya məzmunlu qısa filmi diqqətinizə çatdırırıq: