Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-13 14:12:00
Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı keçiriləcək

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbin V sinfinə qəbul imtahanı avqustun 27-də keçiriləcək.

 

AzEdu.az  xəbər verir ki, imtahana yalnız 2020-ci il yanvarın 9-dan martın 3-dək "Şagirdin elektron ərizəsi"ni təsdiq etmiş şagirdlər buraxılırlar.

 

İmtahanda iştirak etmək istəyən şagirdlər 2020-ci il 24 avqust saat 23:59-dək DİM-in saytında qeydiyyatlarını təsdiq edib “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilələr.

 

Qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən avqustun 27-də test üsulu ilə keçiriləcək.   

 

Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

 

  • Azərbaycan dili;
  •  Riyaziyyat

Hər fənn üzrə 30 qapalı tipli sual təqdim edilir.

 

İmtahanın müddəti 90 dəqiqədir.

 

İmtahana gələrkən şagirdlər:

 

- şəxsiyyət vəsiqəsi;

- İmtahana buraxılış vərəqəsini gətirməlidirlər.

 

Şəxsiyyət vəsiqəsində şəkli olmayan namizədlər təhsil aldıqları məktəbdən IV sinifdə təhsil alması barədə şəkilli arayış (şəkil möhürlə təsdiq edilməlidir) təqdim etməlidirlər.

 

Sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

 

İmtahanların nəticəsi Dövlət Sərhəd Xidmətinə təqdim ediləcəkdir. Yüksək nəticə göstərmiş şagirdlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan şagirdlər Xüsusi Məktəbə qəbul olunacaqlar.