Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 10:33:51
Eşitmə  əngəllilər üçün xüsusi  fakültə açıldı

 

Ankara  Universitetində  Türk İşarət Dili və Eşitmə Əngəllilər fakültəsi açılıb.

 AzEdu.az  türk mediasına  istinadən xəbər verir ki, buraya 2018-2019-cu tədris  ili üçün tələbə qəbul ediləcək.

 “Əngəlsiz təhsil” layihəsi çərçivəsində yaradılan və ali təhsil sistemində ilk olan Türk işarət dili və eşitmə  əngəllilərin fakültəsində  həmçinin, magistratura  və doktorantura pilləsinə tələbə qəbul ediləcək.

Bura qəbul olunan tələbələrin təqaüd qazanma şansı da olacaq. Verilən məlumatlarda bu layihənin Türkiyədəki 3 milyona yaxın eşitmə əngəlli vətəndaşı  əhatə edəcəyi bildirilir.

Belə insanların da  beynəlxalq  arenada  təmsil  olunması  üçün  işarət dilini düzgün tədris etməyin, istifadə dairəsini genişləndirməyin  vacibliyi vurğulanıb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları