Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-10 10:12:01
Nobeli bir addımlıqda itirən azərbaycanlı - dünyanın 12-ci dahisi
Çox təəssüf ki, “dünya qaz lazerinin atası” hesab olunan bu azərbaycanlı dahi öz vətənində o qədər də tanıdılmayıb. Ölkəmizdə kifayət qədər adı çəkilən Lütfi Zadə ilə müqayisədə bu alim təbliğatda çox geri qalır.

Baxmayaraq ki, onların ikisi də azərbaycanlıdır və onların hər ikisi ABŞ-da elmin sirlərini insanlara öyrədir. Hər ikisi elm tarixidə etdiyi ixtiralarla bəşəriyyətə qiyməti ölçülə bilməyəcək töhfələr veriblər. Amma təəssüflər olsun ki, haqqında danışacağımız dahinin adı bizdə nə orta məktəb dərsliklərinə, nə də ali məktəb dərsliklərinə salınıb. Buna baxmayaraq onun adı elm tarixinin adına çoxdan yazılıb.

AzEdu.az
  saytı bu yazıda elm xadimlərini xatırlatma prinsipinə sadiq qalaraq bu dəfə sizə dünya elmində “qaz lazerinin atası” hesab olunan, 1964-cü ildə Nobelin bir addımlığında olsa da, onu ala bilməyən əslən azərbaycanlı alim Əli Cavandan bəhs edəcək.

Dünyanın 12-ci dahisi
 
“Qaz lazerinin atası” Əli Cavan 1926-cı il dekabrın 27-də anadan оlub. Əli Cavan dünyaya gələndən bir qədər əvvəl onun valideynləri Təbrizdən Tehrana köçürlər. Əli Cavan 1948-ci ildə Tehran Universitetini bitirdikdən sоnra ABŞ-a köçərək Kоlumbiya Universitetində təhsilini davam etdirir. 1958-ci ildə оnu məşhur “Bel-Telefоn” şirkətində laboratоriyaya rəhbərlik etmək üçün dəvət edirlər. Burada о, qaz lazerinin yaradılması imkanını nəzəri cəhətdən əsaslandırır və öz ideyasını həyata keçirməyə başlayır.

“Müasirliyin 100 dahisi” siyahısında 12-ci hesab edilən Əli Cavan bu gün peyk rabitəsindən tutmuş təbabətədək hər bir sahədə tətbiq olunan qaz lazerinin yaradıcısıdır. Rabitə, materialların emalı, informasiyanın ötürülməsi və saxlanılması, tibb və digər sahələrdə istifadə edilən hər bir texniki qurğu alimin kvant elektronikası sahəsindəki kəşfi əsasında işləyir. Əli Cavanı“Şərqin Eynşteyni”, “lazerin atası” adlandırırlar. O, dünya elminə verdiyi töhfələrinə görə “Albert Einstein World Medal of Science” beynəlxalq mükafatına layiq görülüb.

Əli Cavan uzun müddət Qərb alimlərinin kəşf etmək istədiyi bir ixtiraya imza atıb. Qərb alimləri qaz lazerini hərbi məqsədlə istifadə etməyə cəhd göstərərkən Əli Cavan sırf elm naminə və lazer qazının tibdə, peyk rabitələrində eləcə də istənilən həyati sahədə tətbiqinə nail olur. Elə bu səbəbdən də alim dünyanın yaşayan 100 dahisi arasında 12-ci pilləyə sahiblənir. Qeyd edək ki, həmin siyahıda İsveçrəli kimyaçı Albert Hofman birinci, ingilis kompüter mühəndisi, internetin banisi Berner Li ikinci, “inqilablar atası” Corc Soros isə üçüncü yeri tutur. Beşinci pillədə qərarlaşan Nelson Mandelanın ölümündən sonra Əli Cavan avtomatik olaraq bir pillə də irəliləmiş olur.