Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-10 16:58:00
Azərbaycanda daha 79 nəfər koronavirusa yoluxdu, 278 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 33 647 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 642 nəfər müalicə olunaraq sağalıb, 492 nəfər vəfat edib, aktiv xəstə sayı 2 513 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 015, ötən müddət ərzində isə ümumilikdə 79 01 41 test aparılıb.