Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-10 16:43:00
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi bu tarixdə keçiriləcək-RƏSMİ

I və IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin nəzərinə!

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsi 20-21 avqust tarixlərində keçiriləcək.

 

20-21 avqust 2020-ci il tarixlərində imtahan keçiriləcək rayon və şəhərlərin qrafiki, həmçinin “İmtahana buraxılış vərəqəsi” imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

 

Qeyd olunan tarixlərdə II və III ixtisas qrup üzrə ali təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.