Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 15:20:01
Tələbə və magistrlara könüllülük proqramı barədə məlumat verilib  

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” layihəsi təqdim olunub.

AzMİU-dan AzEdu.az-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları Nuranə Nəzərova və Hüsaməddin Əlizadə tələbə və magistrlərə könüllülük proqramı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, könüllülük proqramı “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşır. Layihəyə qoşulan tələbə komitənin təcrübəli işçiləri ilə ünsiyyətdə olur, real iş mühitini mənimsəyir. Sonda isə könüllülərin nəzəri biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədilə komitə tərəfindən test imtahanları keçirilir. Topladıqları ballara uyğun olaraq onlara sertifikatlar verilir. Həmçinin fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən intizamlı könüllülərin bir qismi komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilir.

Komitə əməkdaşları könüllülük fəaliyyəti və işə qəbulla bağlı tələbə və məzunların suallarını cavablandırıblar.