Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-10 09:40:00
“Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“ – Ərdoğan  

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Türkiyə yeni koronavirusa qarşı özünün vaksinini hazırlayan ölkələr siyahısında ABŞ və Çindən sonra üçüncü yeri tutur.

 

AzEdu.az  “Anadolu“ agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan COVID-19-a qarşı 8 vaksin və 10 preparatın hazırlanması üzərində iş gedir.

 

"Türkiyə həkimləri tərəfindən hazırlanan koronavirusa qarşı iki vaksin heyvanlar üzərində sınaqlardan müvəffəqiyyətlə keçib. Onlardan birinin insanlar üzərində kliniki sınaqlarına icazə verilib", - dövlət başçısı bildirib.

 

Report