Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 16:28:00
Yerdəyişmə müsabiqəsində iştirak edəcək müəllimlərin nəzərinə!

Xəbər verdiyimiz kimi işyerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyat  prosesi davam edir. Lakin proseslə bağlı bəzi narazılıqlar yaranmaqda və yeni suallar ortaya çıxmaqda davam edir. Belə ki bir çox müəllim elektron ərizəsini təsdiq etdikdən sonra vakansiya seçimini dəyişmək üçün müvafiq qurumlara müraciət etsə də heç bir nəticə əldə edə bilməyib.

Mövzuyla bağlı Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, vakansiya seçimi edib, elektron ərizəni  təsdiq etdikdən sonra namizədə elektron ərizəni dəyişmək hüququ verilmir. İş yerini dəyişmək istəyən namizədlərin elektron ərizələrində yer dəyişmək istədikləri 4 vakant yer seçimi etmək hüququ vardır. Vakansiyaları seçimindən öncə vakant yer elan olunan məktəbin yerləşdiyi ünvan haqqında məlumatla tanış olmaq tövsiyə edilir. Bunun üçün hər bir vakansiyanın qarşısında “Ətraflı” bölməsi yaradılıb. Həmin bölmə vasitəsilə məktəb haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Yəni, qeyd olunan vakant yerləri seçərkən diqqətli olmaq, həqiqətən də iş yerinizi dəyişmək istədiyiniz müəssisəni seçməyiniz xahiş olunur.

Xatırladaq ki, müəllimlərin yerdəyişməsi iyunun 11-nə qədər davam edəcək. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları