Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-09 13:55:00
“Kurikulum bələdçisi” ni oxuyan müəllimlərin əlavə dəstəyə ehtiyacı olmayacaq” -  Kitabın elmi redaktoru  

Ötən ilin dekabrında çap olunan və müəllimlər üçün hava-su qədər faydalı sayılacaq “Kurikulum bələdçisi”  - izahlar və tətbiqlər” vəsaiti təhsil cameəsində böyük rezonansa səbəb oldu.

 

Yayım və müəlliflik hüququ AzEdu MMC -yə məxsus olan kitabın müəllifləri Azərbaycan təhsil sistemində kifayət qədər nüfuz qazanan və kurikulum metodologiyasının tətbiq və nəzəri yanaşmanın ölkədəki əsas simaları sayılan şəxslərdir. Müəllimlər üçün stolüstü vəsait xarakteri daşıyan  “Kurikulum bələdçisi-izahlar və tətbiqlər” kitabında istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar öz əksini tapıb.

 

Kitabın elmi redaktoru  və  həmmüəlliflərindən  biri  Təhsil İnstitunun direktor müavini Ənvər Abbasov “Kurikulum bələdçisi” haqda AzEdu.az-a danışdı.

 

“Kitab kifayət qədər sistemli şəkildə yazılıb”

 

““Kurikulum bələdçisi” təhsilin müasir problemlərini əhatə edir. Universitetlərdə təhsil alan tələbələr məktəbə hazır müəllim kimi getməlidirlər. Onlar fəaliyyətlərində yenilikləri tətbiq etməlidirlər. Bu mənada yenilikləri əhatə edən əsərlərin olması çox vacibdir. Belə tədqiqatları həm tələbə, həm də müəllim oxumalıdır. Məhz “Kurikulum bələdçisi” bu cür vəsaitlərdən biridir. Kitab öz aktuallığını saxlayır. Burada təhsilin müasir problemləri, kurikulumların xüsusiyyətləri, yeni təhsil proqramlarına məxsus olan keyfiyyətlər, qiymətləndirmə, taksonomiyalar və s. müəllim üçün ən lazımlı mövzular yer alıb. Hər kəs kitabı mövzular üzrə oxuyaraq testləri işləyib özünü yoxlaya bilər. Kitab kifayət qədər sistemli şəkildə yazılıb”.

 

Ənvər Abbasov “Kurikulum bələdçi”sini MİQ müsabiqəsinə hazırlaşan bütün müəllimlərə tövsiyə etdi:

 

“Kitab xüsusilə MİQ müsabiqəsinə  hazırlaşan müəllimlərə lazımlı olan mənbədir. Bir sahəyə aid yüzlərlə kitab nəşr olunur və nəticədə müəllimlər çaş-baş qalırlar. Lakin təhsil sahəsinə elə ədəbiyyatlar daxil olmalıdır ki, səriştəli, peşəkar şəxslər tərəfindən yazılmış olsun, tədqiqatlara söykənsin və təsadüfi tərtib olunmasın. “Kurikulum bələdçisi” müəllimləri öz sahələri üzrə daha aktual və operativ olmağa təşviq edəcək”.

 

Ənvər Abbasov həmçinin vurğulayır  ki, hər bir müəllim kitab vasitəsilə əlavə dəstəyə ehtiyac duymadan  özünü inkişaf etdirə biləcək”

 

“Kitab Təhsil İnstitutunun əməkdaşları tərəfindən yazılıb. “Kurikulum bələdçisi” öz faydalılığı ilə müəllimlərimizin diqqətini cəlb edəcək. Kitab kifayət qədər praktik yönlüdür. Əlavə dəstək olmadan(seminarlar, iclaslar, məşğələlər)  hər kəs mövzuları oxuyub, testləri edib özünü inkişaf etdirə bilər. Müəllimlər üçün stolüstü vəsait xarakteri daşıyan  “Kurikulum bələdçisi-izahlar və tətbiqlər” kitabında istər pedaqogikada, istərsə də psixologiyada bu gün üçün yeni olan ən zəruri anlayışlar öz əksini tapıb”.

 

Qeyd edək ki, kitab ölkənin istənilən yerinə çatdırılacaq. Çatdırılma işi "Zirvə tədris mərkəzi" və AzEdu MMC tərəfindən həyata keçiriləcək. Sifariş üçün 055 329 48 78 və 055 784 12 12 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları