Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-09 12:47:00
Azərbaycan Texniki Universitetində təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib

Azərbaycan Texniki Universitetində (AzTU) onlayn yay semestri davam edir.

 

AzTU-dan  AzEdu.az-a bildirilib ki, yay məktəbi akademik borcu qalan tələbələrin müraciətlərini nəzərə alaraq fənlər üzrə könüllülük prinsipi və ödənişli əsaslarla təşkil edilir. 2019-2020-ci tədris ili üzrə AzTU-da təhsil alan 617 tələbə yay məktəbinə müraciət edib. Dərslər 6 həftə müddətində onlayn formatda davam edəcək. İmtahan sessiyası isə yay semestrinin sonuncu həftəsində, 31 avqust - 4 sentyabr tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, yay semestrində tələbənin götürdüyü fənlərin krediti 10-dan çox olmamalıdır.