Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 14:49:00
Sınaq imtananına qeydiyyatdan keçənlərin sayı kəskin şəkildə azalıb – 25 MİN

Xəbər verdiyimiz kimi ötən illərlə müqayisədə sınaq imtahanlarında iştirak edənlərin sayında azalma müşahidə olunur.

AzEdu.az xəbər verir ki, bu azalma özünü 2018-ci ilin müxtəlif aylarında keçirilən sınaq imtahanlarında da göstərib. Belə ki Dövlət İmtahan Mərkəzinin aprelin 29-datəşkil etdiyiimtahanda  iştirak etmək üçün 29.925 abituriyent qeydiyyatdan keçsə də, sabah keçiriləcək sonuncu sınaq imtahanında iştirak etmək üçün cəmi 5252 abituriyent qeydiyyatdan keçib. Yəni, hər iki imtahan arasında qeydiyyatdan keçənlər arasındakı fərq 25 minə yaxındır.

Mütəxəsislər kəskin azalmanının səbəbi kimi qəbul imtahanlarının birinci mərhələsinin başa çatmasını və sınaq imtahanının ödənişli olmasını əsas göstərirlər.

Qeyd edək ki, sonuncu sınaq  imtahanları  Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhər və rayonlarında, ümumilikdə 26 binada təşkil olunacaq. İmtahan 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.İmtahanların idarə edilməsi üçün 38 imtahan rəhbəri, 363 nəzarətçi-müəllim ayrılıb. Abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahana buraxılmır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları