Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 18:13:00
Peşə təhsili üzrə qiymətləndirilmədə videoçəkilişdən istifadə oluna bilər  

Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi zamanı ərizəçinin razılığı ilə videoçəkilişdən istifadə oluna bilər.

 

AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.

 

Qaydaya əsasən, Təhsildə Keyfiyyət Təminatı Agentliyi ərizəçinin imtahan sənədlərini, o cümlədən imtahan qeydlərini və videoçəkilişləri 5 il müddətində mühafizə edir. (Azərtac)