Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 18:00:00
UNEC-də yeni tədris korpusu istifadəyə veriləcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bu ildən yeni tədris korpusu istifadəyə veriləcək.

 

AzEdu.az xəbər verir ki, müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni tədris binasında 3 min tələbə təhsil ala biləcək. Yeni tədris binasında 30 auditoriya, 6 mühazirə otağı, ən müasir texnologiya ilə təchiz olunan 12 laboratoriya, 6 linqafon otağı, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları olacaq.