Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 12:37:00
DİM-də beynəlxalq imtahanlar keçirilib

DİM bu həftə Institute of Internal Auditors və Oracle kimi qurumların imtahanlarını keçirib.

 

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzində 4 avqust tarixində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda informasiya texnologiyaları (İT) və daxili audit sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:  

 

-  Oracle korporasiyasının “Java SE 8 Programmer I” (1Z0-808) sertifikat imtahanı;

 

-  Institute of Internal Auditors təşkilatının “CIA Exam Part Two: Practice of Internal Auditing” (IIA--CIA--Part2) sertifikat imtahanı.

 

Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

 

İmtahanlar haqqında məlumatla DİM-in saytında tanış olmaq mümkündür.