Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 12:45:00
Abituriyentlərin nəzərinə! – Qəbul imtahanlarına qeydiyyatın bitməsinə az qaldı  

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün mayın 17-dən başlayan  qeydiyyatın bitməsinə 5 gün qalıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 39.668 nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 36.230 nəfəri Azərbaycan, 3.438 nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I  ixtisas qrupu üzrə 14.260,  II ixtisas qrupu üzrə 10.301, III ixtisas qrupu üzrə 11.697, IV ixtisas qrupu üzrə isə 3.410 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq  ki, Dövlət İmtahan Mərkəzi  I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini  keçirəcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq. Qeydiyyat prosesi iyun ayının 14-də başa çatacaq və elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları