Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 11:52:00
Əli Əsədov karantin rejimi ilə bağlı iclas keçirəcək

Avqustun 5-dən SMS icazənin ləğvilə insnalar sərbəst şəkildə hərəkətinə icazə verilir. Həmçinin çimərliklərə giriş sərbəstdir.

 

AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

 

Ş.Mövsümov qeyd edib ki, növbəti həftəsən etibarən bütün qeyri-ərzaq çağazaları açılacaq:

 

"Yumşalmalar çox tədricən atılacaq. Çünki açılmalarla yoluxma riski artır. Dünya təcrübəsindən də bildiyimiz kimi yumşalmardan sonra yoluxma artır, ona görə yenidən sərtləşdirilməyə gedilir. Bu qarşıdakı açılmalarda da istisna edilmir. Ona görə də karantin rejiminin sadə qaydalarına riayət edilməlidir. Vətəndaşlar açılmalardan arxayınlaşmamalıdırlar. Virus bitməyib. Qaydalara riayət edilməsi üşün bu gün Baş Nazir qaydalara riayət ediıməsinin nəzarətin gücləndirilməsilə bağlı böyük iclas keçirəcək".