Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-08 11:18:00
Prezident köməkçisi: “Qaydalara əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq”  

“Virusa yoluxma sürətini azaltmaq üçün əsas şərt karantin qaydalarına əməl etməkdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

 

O bildirib ki, karantin qaydalarına əməl edilsə, daha çox açılmalara getmək mümkün olacaq.

 

“Cəmiyyətdə bəzi insanlar yumşalmaları cəmiyyətdə qələbə, virusa yoluxmanın başa çatması kimi qələmə verir. Hətta artıq dünyada karantin rejiminin olmadığını iddia edənlər var. Bu çox yanlışdır. Həmin insanlara internetdə kiçik araşdırma aparmağı tövsiyə edirəm. Bütün dünyada virusa qarşı mübarizə aparılır. Bu virus hələ də bizim aramızdadır. Azərbaycan Prezidenti də o gün keçirdiyi iclasda hamımızın karantindən yorulduğunu dedi. Amma biz bu qaydalara riayət etməklə bugünkü statistikaya nail ola bilmişik. Ona görə də hamımız qaydalara riayət etməliyik”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.

 

Apa