Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 15:59:00
Azərbaycanda tələbə faciəvi şəkildə öldü - Meyiti axtarılır - YENİLƏNDİ

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.

2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu iş aparır.

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir.(Report)

 

 

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

AzEdu.az xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.(Publika)