Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 14:01:00
Neftçalada tələbə Kürdə batıb

Kür çayının Neftçala rayonunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində kənd sakini boğulub.

 

AzEdu.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlu Kür çayında çimərkən boğulub.

 

Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu iş aparır.

 

Məlumata görə, X.Salayev Şirvan Humanitar Kollecinin tələbəsidir. (Report.az)