Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-09 10:41:47
Bu müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməyəcəklər

İş yerini dəyişmək istəyən müəllimlər üçün onlayn qeydiyyat  prosesi davam etsə də, bəzi müəllimlər üçün bir sıra məqamlar hələ də qaranlıq qalıb.

Belə ki, müddətli müqavilə ilə işləyənlərin daimiləşməsi məqsədi ilə 26-27 aprel tarixlərində keçirilən müsahibələrdə uğur qazanan müəllimlərin yerdəyişmə müsabiqəsində iştirak edib-etməyəcəkləri sual doğuran məsələlərdən biridir.

AzEdu.az mövzuya aydınlıq gətirməyə çalışıb.

Nazirlikdən saytımıza verilən məlumata görə, cari ildə müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədi ilə keçirilən müsahibələrdə uğur qazanan müəllimlərlə 2018-2019-cu tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi bağlanılacaq. Bununla əlaqədar həmin müəllimlər yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.

Qeyd edək ki, müəllimlərin yerdəyişməsi iyunun 11-nə qədər davam edəcək. Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları