Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 13:00:00
Təhsil naziri İctimai Şura ilə bu vacib məsələləri müzakirə edib  - Sədr müavini

”Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 

O, 6 avqustda Təhsil naziri Emin Əmrullayevin İctimai Şura üzvləri ilə görüşündən söz açıb:

 

“Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu, nazir müşaviri Elnur  Nəsibovun da qatıldığı  İctimai Şuranın üzvləri ilə Təhsil nazirinin videokonfrans formatında keçirilən görüşündə müəllimlərin işə qəbulu, ehtiyat dərsliklər, kadr məsələləri, yeni tədris ilinə hazırlıqla bağlı görülən işlər, təhsil ictimaiyyətini maraqlandıran bir sıra digər ümdə məsələlər müzakirə olunub, konkret təkliflər irəli sürülüb.

 

Yekdilliklə qeyd edilib ki, bütün görülən və bundan sonra görüləsi işlər pandemiya şəraiti nəzərə alınmaqla, müvafiq təlimatlara uyğun fəaliyyət prinsipləri əsasında qurulacaq”.

 

Nadir İsrafilov görüşdə hansı məsələlərin müzakirə edildiyinə aydınlıq gətirib:

 

“Bütün bunlarla yanaşı onlayn görüşdə əsas diqqət mərkəzində olan məsələ  pandemiya şəraiti ilə əlaqədar yeni dərs ilində tədris prosesinin təşkili ilə bağlı yanaşmalara və sonrakı dövr üçün nəzərdə tutulan işlərə münasibət olub. Məlum olduğu kimi müxtəlif KİV-lərdə və sosial mediada yeni dərs ilinin onlayn və ya ənənəvi formada başlanacağı barədə müxtəlif versiyalar və proqnozlar irəli sürülür ki, bu da genış ictimaiyyət arasında müəyyən çaşqınlıq yaradır.

 

Pandemiya şəraitində tədris prosesinin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən digər ölkələrin təcrübəsi və beynəlxalq təşkilatların tövsiyələri öyrənilir, ölkəmizin aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılır.

 

Ümumdünya Səhiyyə Təşkilatı və YUNESKO-nun da tövsiyələri nəzərə alınmaqla pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar  etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməli, lakin COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan məhdudiyyətlərin ləğvi məsələsinə həddən artıq ehtiyatla yanaşılmalıdır. Başqa sözlə, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınmalıdır.

 

Görüş zamanı ümumi rəy ondan ibarət oldu ki, hər iki vəziyyətə hazır olmalıyıq. Hər şey hadisələrin sonrakı gedişatından, yəni dinamikadan asılıdır. Pandemiya zamana bağlıdır və vəziyyətə uyğun fəaliyyət növü seçiləcək, dinamikaya müvafiq tədris prosesi təşkil olunacaq. Baxmayaraq ki, əksəriyyət tezliklə məktəblərin açılması, dərs ilinin ənənəvi formada başlanmasının tərəfdarıdır.

 

Bununla belə Ölkə Başçısının təbirincə desək, “Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında edilib. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları