Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-07 12:37:00
Dövlət büdcəsində təhsilə ayrılan xərclər bu şəkildə tənzimlənməlidir-Etibar Əliyev

Dövlət büdcəsində təhsil kreditləri ilə bağlı xərclər nəzərdə tutulmalıdır”.

 

 

AzEdu.az xəbər verirki, bu sözləri Milli Məclisin 6 avqustda keçirilən növbədənkənar iclasında deputat, təhsil eksperti Etibar Əliyev deyib.

 

 

O, dövlət büdcəsində təhsil üçün ayrılan xərclərdən söz açıb.

 

 

“Büdcədəki dürüstləşmələr təhsil sektorundan də yan keçməyib. Ona ayrılan xərclər 121 milyon manatdan çox azaldılıb. Bu məktəbəqədər təhsil üçün  35,3 milyon manat yəni, 10,8 faiz təşkil edir. Təhsilin məktəbəqdər hissəsi ən məzlum həlqədir. Ölkə üzrə onun əhatə dairəsi 18%-dir. 30% yaşayış məntəqəsində uşaq baxçaları yoxdur. Bir neçə il əvvəlin proqnozlarına görə, 2020-ci ildə məktəbəqədər təhsilin əhatə dairəsi 90%-ə çatdırılmalı idi. Lakin bu, mümkün olmadı. Uşaqlar pandemiya ilə bağlı baxçaya getmirsə, xərclər azaldılmalı idimi? Burda əsas məsələ vəsaitin qənaətidirsə, bu,  uşaqların təhsili və tərbiyəsi hesabına başa gəlməli deyildi.

 

 

Pandemiyanın qurtarmasını proqnozlaşdıra bilirikmi? Kəsilən vəsaitin hesabına məktəbəqdər təhsilin şəbəkəsini qismən də olsa, genişləndirmək olar. Bu vəsaiti rayonlarda baxçaların açılmasına sərf etmək lazımdır”.

 

 

Etibar Əliyev ali təhsil pilləsinə ayrılan xərclər haqqında fikirlərini bildirib.

 

 

“Hesablama palatasının təqdim etdiyi materialın 32-ci səhifəsində əks olunan 8-ci cədvəldən göründüyü kimi, dövlət sifarişi ilə ali təhsilin maliyyəsi və təhsil sahəsində digər tədbirlərin xərcindən 40,1 milyon azaldılıb. Ölkədə ilbəil dövlət sifarişli yerlərin sayı artırılır və əvvəllər verilən qərarlara müvafiq olaraq 55%-ə qədər yüksəldilməsi nəzərdə tutulur. Sizcə bu azalma indiyə qədərki qərarlarla ziddiyyət təşkil etmirmi? 2019-2020 tədris ilində dövlət sifarişli yerlərin sayı 16 min nəfər artıb. Nəzərinizə çatdırıram ki, 176 min tələbənin 70 mini dövlət sifarişi ilə təhsil alır. Bu ixtisar  həmin yerlərin 30% azalmasına gətirib çıxaracaqdır. Bu geriyə doğru addım deyilmi?".

 

Deputatın təhsilin inkişafı ilə bağlıbir sıra təklifləri də var

 

"Bununla yanaşı iki təklifimi var. Ölkədə təhsil haqlarının ödənilməsində yaranan problemlərlə əlaqədar olaraq, dövlət büdcəsində təhsil kreditləri ilə bağlı xərclər nəzərdə tutulsun. Düşünürəm ki, gec də olsa, bu barədə qərar qəbul olunmalıdır.

 

 

Ali məktəblərdə tələbələrin ödədikləri təhsil haqlarının 80 faizi müəllimlərin əməkhaqlarına sərf olunur. Tələbə təhsilhaqqı ödəmədiyi halda əməkhaqqı problemi yaşana bilər. Təklif edirəm ki, bu problemi öncədən görmək və həlli məqsədlilə dürüstləşən büdcədən vəsait nəzərdə tutulmalıdır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları